Biz Sizə göstərilən hüquqi xidmətlərin siyahısını təqdim edirik:
- Kommersiya və qeyri-kommersiya təşkilatlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi üzrə hüquqi yardımların göstərilməsi:
- Sifarişçiyə Azərbaycan Respublikasında biznes işinin daha uğurlu şəkildə aparılması məqsədilə hüquqi şəxsin optimal seçimi üzrə məsləhətlərin verilməsi;
- Sifarişçinin tələb və maraqlarına uyğun gələn formada yaradılacaq hüquqi şəxsin sənədləri paketinin hazırlanması;
- Daşınmaz əmlakın alqı-satqı əməliyyatlarının hüquqi tənzimlənməsi;
- Hüquqi şəxslərin filial, təşkilat və nümayəndəliklərin dövlət qeydiyyatı idarələrində qeydiyyatdan keçirilməsi;
- Təsisçilərin tərkibinin, Nizamnamə Kapitalının məbləğinin və idarəetmə strukturunun dəyişdirilməsi ilə əlaqədar olaraq təsis sənədlərinə və digər lazımi sənədlərə dəyişikliklərin (yeni düzəlişlərin) hazırlanması. Təsis sənədlərinə edilən dəyişikliklərin dövlət orqanlarında qeydiyyatdan keçirilməsi;
- İştirakçıların (Səhmdarların), Direktorlar Şurasının və s. ümumi yığıncağının hazırlanmasına və keçirilməsinə yardım;
- Hüquqi şəxslərin yenidən təşkili və ləğv edilməsi üzrə təşkilati tədbirlər barədə məsləhətlər və onların həyata keçirilməsi;
- İflas məsələləri üzrə məsləhətlər;
- Şirkətin, yaxud Şirkətin Nizamnamə Kapitalındakı payların alqı-satqısı, yaxud digər üsullarla güzəşt edilməsi üzrə sənədlərin hazırlanması;
- Təşkilatların Nizamnamə Kapitalındakı payların fiziki şəxslərin varislərinə və hüquqi şəxslərə həvalə edilməsi üzrə sənədlərin hazırlanması;
- Hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ləğv edilməsi ilə əlaqədar bütün məsələlər üzrə müxtəlif sərfəli məsləhətlərin verilməsi;
- Hazır biznesin alqı-satqısı (sahibkarların yoxlanılması, işinin təşkili, mülkiyyət hüququnun verilməsi üzrə sənədlərin hazırlanması və qeydiyyatı); Mülki-hüquqi müqavilələrin tərtib edilməsi
- Sifarişçinin maraqlarına maksimum uyğun gələn mülki-hüquqi müqavilələrin bütün növlərinin tərtib edilməsi;
- Müqavilə layihələrinin hüquqi ekspertizadan keçirilməsi;
- Müqavilələrin imzalanmasında iştirak və bu müqavilələrin icra edilməsinə nəzarətin həyata keçirilməsi (danışıqlar hüquqşünas tərəfindən birbaşa Azərbaycan, ingilis, rus və türk dillərində aparıla bilər);
- Nikah müqavilələrinin hazırlanması və bağlanması;
- Yuxarıdakı istiqamət üzrə digər sərfəli təklif və məsləhətlərin verilməsi. Korporativ maliyyələşdirmə və idarəetmə sahəsində hüquqi yardımlar:
- Korporativ maliyyələşdirmə və idarəetmə sahəsində məsləhətlərin verilməsi;
- Holdinq şirkətlərinin yaradılması. Holdinq şirkətlərinin strukturunun, idarəetmə sisteminin və şirkətdaxili maliyyələşdirmə sxeminin işlənməsi;
- Ticarət-maliyyə strukturlarının qovuşması üzrə təşkilati tədbirlər haqqında məsləhətlərin verilməsi və onların həyata keçirilməsi;
- Büdcə və qeyri-büdcə fondlarına ödənişlərin təkrar yerləşdirilməsinin icrası;
- Yeni satış kanallarının təşkil edilməsi;
- Azərbaycan şirkətləri ilə xarici iqtisadi fəaliyyətin optimal sxeminin yaradılması.
- İnvestisiya-bank sahəsində hüquqi yardımların göstərilməsi:
- Azərbaycan şirkətlərinin xaric kreditorlar qarşısında borcların təkrar strukturlaşdırılmasının həyata keçirilməsi;
- Maliyyə cəhətdən qeyri-sabit təşkilatların idarə edilməsi ilə bağlı yardımın göstərilməsi. Xarici idarəetmə planlarının hazırlanması;
- Qisamüddətli və ortamüddətli maliyyə proqramlarının hazırlanması, onların həyata keçirilməsi və lazımi maliyyə sənədlərinin işlənməsi;
- Cari maliyyə-təsərrüfat fəaliyyətinin planlaşdırılması üzrə işlərin qaydaya salınması;
- Kredit strukturlarının yardımı ilə Azərbaycan şirkətlərinin maliyyələşdirməsi üzrə əməliyyatların hazırlanması və həyata keçirilməsi;
- Bank maliyyələşdirilməsini cəlb etməklə (xarici investisiya strukturları ilə birlikdə) proqramların həyata keçirilməsi;
- Müxtəlif beynəlxalq və milli təşkilatların maliyyə yardımı təyinatı üzrə istifadə olunmasına hüquqi nəzarətin həyata keçirilməsi; pozuntu halları aşkar edildikdə, onların aradan qaldırılması üzrə təkliflərin verilməsi;
- Yuxarıda göstərilən fəaliyyət istiqaməti üzrə hüquqi məsləhətlərin və müxtəlif sərfəli təkliflərin verilməsi. Təşkilatın kadr-uçot işləri sahəsində hüquqi yardımların göstərilməsi:
- İstənilən təşkilati hüquqi formaya malik olan hüquqi şəxslər üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və digər normativ –hüquqi aktlara uyğun olaraq kadr-uçot sənədlərinin hazırlanması;
- Təşkilatın kadr-uçot işlərinin aparılması qaydası haqqında hüquqi məsləhətlərin verilməsi;
- Əmək və kollektiv müqavilələrinin tərtib edilməsi, onların imzalanmasında iştirak;
- İşçilərin işə qəbul edilməsi və işdən çıxarılması üzrə sənədlərin hazırlanması, əmək intizamı, təhlükəsizlik qaydaları və s. haqqında sənədlərin tərtib edilməsi. Hüquqların məhkəmədə müdafiə edilməsi üzrə yardımların göstərilməsi:
- Sifarişçiyə vurulan zərər və ziyanın məhkəmə qaydasında kompensasiyası;
- Təşkilatların kreditor borclarının meydana gəlmə səbəblərinin aradan qaldırılması üzrə kompleks tədbirlər planının hazırlanması və həyata keçirilməsi;